Rəisə qalmaqallı saytla bağlı müraciət edildi

21-11-2019, 08:56           
Rəisə qalmaqallı saytla bağlı müraciət edildi
Ukrayna Ali Radasının Söz azadlığı məsələləri komitəsinin sədri Nestor Şufriç qalmaqallı “Mirotvoreç” saytının fəaliyyətinin yoxlanılması ilə bağlı Təhlükəsizlik Xidmətinə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, sədrin iddiasına görə, sözügedən informasiya resursunda siyasətçilərin, 9-cu və əvvəlki çağırış Ukrayna deputatlarının, jurnalistlərin və digər şəxslərin şəxsi informasiyaları saxlanılır.

Şufriç müraciəti birbaşa Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanova ünvanlayıb.

Qeyd edək ki, “Mirotvoreç” “Ukraynanın düşmənləri” və “vətən xaini” hesab etdiyi şəxslərin gizli məlumatlarını yayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru