Putini ölümdən qurtaran pilotlar Kremlin piroqu ilə mükafatlandırıldılar

4-12-2019, 00:00           
Putini ölümdən qurtaran pilotlar Kremlin piroqu ilə mükafatlandırıldılar
Noyabrın 28-də Bişkekdə təyyarənin uğurlu enişinə görə 1 nömrəli təyyarənin pilotları Kremlin baş aşpazının hazırladığı albalı piroqu ilə mükafatlandırılıb.

Teref.az xəbər verir ki, KTMT sammitinə gedən ölkə prezidentinin uçduğu təyyarənin pilotları uyğunsuz hava şəraitinə baxmayaraq, demək olar ki, sıfır görünmə vəziyyətində uğurlu eniş etməyi bacarıb.

“Bizdə bir ənənə var – başqalarının həyatını xilas edən, işini ustalıqla yerinə yetirən və heç bir mənfəət güdmədən sadəcə işini görən yaxşı insanlara təşəkkür və xüsusi minnətdarlıq olaraq, Kremlin baş aşpazının öz əlləriylə hazırladığı piroq hədiyyə edirik”, – Kremlin İnstaqram üzrə mətbuat katibi Yelena Krılova deyib.

Pilotlar etiraf edib ki, uyğunsuz hava şəraiti üzündən hətta sarı siqnal zolaqları, sükan cığırı görünməz olub, ona görə onlar marşrutun bir hissəsini noutbukdan idarə etməli olublar. (Qaynarinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru