ABŞ-da qocalar evində atışma - ölən və yaralananlar var

20-12-2019, 01:40           
ABŞ-da qocalar evində atışma - ölən və yaralananlar var
ABŞ-da qocalar evində atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "The New York Times" qəzeti bildirib.

Qeyd edilir ki, hadisə Rod-Aylend ştatında, Uesterli şəhərindəki qocalar evində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb.

Şəhər polisinin məlumatına görə, atəş hadisə qocalar üçün nəzərdə tutulmuş üçmərtəbəli yaşayış kompleksinin ərazisində açılıb. Rod Aylenda Polis İdarəsinin rəisi, polkovnik Ceyms Menni bildirib ki, hadisəni törədən şəxs qaçaraq gizlənib. Onun axtarışları hələ nəticə verməyib.

Hadisə ilə bağlı Uesterlidəki bütün məktəblər bağlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru