Spirtlə işləyən dron rekord vurdu

24-12-2019, 03:19           
Spirtlə işləyən dron rekord vurdu
Alimlərin sözlərinə görə, spirtlə uçan drondan axtarış-xilasetmə əməliyyatlarında, aerofotoçəkilişlərdə, elmi və hərbi məqsədlər üçün istifadə etmək olar
Çin alimləri eksperimental FY-36 dronunun sınağını keçiriblər. Metanolla işləyən yanacaq sisteminə malik aparat havada 12 saat qala bilib.

Sputnik Azərbaycan bildirir ki, bu göstəricini "South China Morning Post" rekord adlandırıb.

Pilotsuz uçan aparatı Tyanszində yerləşən "Feye UAV Technology", Dalyan Fiziki Kimya İnstitutu və Çin ELmlər Akademiyası birgə işləyib hazırlayıblar. 15 kq çəkiyə malik aparatın 4 çarxı var, metanol əsaslı yanacaqla işləyir, sürəti isə saatda 90 km-ə çatır. Mütəxəssislərin hesablamalarına görə, metanol əsaslı batareya litium-ion akkumulyatoru ilə müqayisədə 70 dəfə çox enerji verə bilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.