Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO

20-01-2020, 20:56           
Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO
"1990-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz Azərbaycanın qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyevdir. O, 20 Yanvar şəhidlərinin yasını tuturdu".
Yeniavaz.com xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımova “Instagram” hesabında yazıb.
Şəhid həyat yoldaşı Xalid Quliyevlə fotosunu paylaşan müğənni onunla bağlı xatirələrini dilə gətirib:
“Bu şəkil çəkiləndə məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də, həmin gün toya belə getdi. Düz deyirlər, “Niyyətin hara, mənzilin də ora”.
Hər dəfə bu şəklə baxanda adamın ürəyi parça-parça olur. O dövrdəki oğlanlar başqa idi. İndiki gənclər məndən inciməsin. O dövrdəki oğlanlar başqalarından ötrü canlarını fəda edirdilər. Necə ki Xalid etdi. Elə ən dəhşətlisi də o idi ki, ilk sevgisini də mənə Xalid şəhidlərin 40 günündə açmışdı. Sanki hər şeyi özü bilirdi. Ən ağrılısı da odur ki, özü indi mənə göstərdiyi Şəhidlər xiyabanında üçüncü sırada yatır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru