ABŞ səfirliyi atəşə tutuldu - İnsanlar sığınacaqlara qaçır

21-01-2020, 09:08           
ABŞ səfirliyi atəşə tutuldu - İnsanlar sığınacaqlara qaçır
İraqın paytaxtı Bağdadda ABŞ səfirliyi atəşə tutulub.
Publika.az BBC-yə istinadən xəbər verir ki, səfirliklərin və dövlət əhəmiyyətli binaların yerləşdiyi “yaşıl bölgə”yə 3 “katyuşa” tipli raket atılıb. Mərmilər ABŞ səfirliyinin yaxınlığına düşüb. Şahidlərin sözlərinə görə, hücumdan sonra ərazidə şiddətli partlayışlar baş verib. Tələfat barədə hələlik rəsmi açıqlama yoxdur. İnsanlara sığınacaqlarda gizlənmək barədə çağırış edilib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, əməliyyatın İran dəstəkli silahlılar tərəfindən təşkil edildiyi güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru