Polisləri daşıyan vertolyot yük maşını ilə toqquşdu - VİDEO
21-01-2020, 11:35
Braziliyada yol kənarına eniş etmək istəyən vertolyotun pərləri yük maşınına çırpılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotun pərləri parçalanıb. Əməliyyata gedən polisləri daşıyan vertolyotun içərisində 5 nəfər olub.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.