Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib

9-02-2020, 01:16           
Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib
Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib.

APA-nın TASS-a istinadla verdiyi xəbərə görə, polis silahlının gizləndiyi ticarət mərkəzinin bütün mərtəbələrini axtarsa da, onu tapa bilməyib.

Əsgərin ticarət mərkəzinin zirzəmisində gizlənə biləcəyi ehtimal edilir.

Tailand ordusunun hərbiçisi 32 yaşlı Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə və iki əsgərə atəş açıb.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb. İnsident nəticəsində 20 nəfərin öldüyü bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.