Azərbaycanlı məşhur müğənninin qızı qəzaya düşdü - VİDEO

10-02-2020, 11:48           
Azərbaycanlı məşhur müğənninin qızı qəzaya düşdü - VİDEO
“Şeron” qrupunun keçmiş solisti, tanınmış müğənnni İntizar Məmmədzadənin qızı qəzaya düşüb.

Teref.az-ın məlumatına görə, bu barədə o, “Vesti.az”a açıqlamasında bildirib. Sənətçi hadisənin Moskvada ticarət mərkəzlərinin birində qeydə alındığını deyib.

9 yaşlı Əsməray doğum günündə kartinq sürərkən divara çırpılıb. Nəticədə azyaşlının iki böyrəyi, bir dalağı və mədəaltı vəzisi zədələnib.

Məmmədzadə qızının 4 gün reanimasiyada qaldığını, hazırda da Moskva klinikalarının birində müalicə aldığını söyləyib.

O, sözügedən mərkəzin təhlükəsizlik qaydalarına əməl etməyərək qızına kəmər taxılmadığını bildirib. İntizar yaxın günlərdə məsələ ilə bağlı prokurorluğa şikayət ünvanlayacağını qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru