Azərbaycan torpağında daha bir işğalçı Ermənistan vətəndaşı öldürüldü...

15-02-2020, 09:56           
Azərbaycan torpağında daha bir işğalçı  Ermənistan vətəndaşı öldürüldü...
“Bu artıq 2020-ci ildə ölən 13-cü erməni hərbi qulluqçusudur...”

Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində növbəti itki verib.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, müqaviləli hərbçi, Ermənistan vətəndaşı olan 23 yaşlı İrəvan sakini Ayk Asryan Qarabağda naməlum şəraitdə güllə yarası alaraq həyatını itirib. İşğalçı ölkənin Müdafiə Nazirliyi erməni hərbçinin 14 fevral saat 19 radələrində təmas xəttinin şərq hissəsində öldüyünü açıqlayıb. Faktla bağlı araşdımalar aparılır.

Qeyd edək ki, son günlərdə Ermənistan ordusunda ölüm hallarının kütləvi hal alması ermənilərin ciddi etirazlarına səbəb olub. Dünən gecə erməni istifadəçilər sosial şəbəkələrdə “Bu artıq 2020-ci ildə ölən 13-cü erməni hərbi qulluqçusudur. Düşmən gülləsindən yox, məlum deyil nədən...” kimi paylaşımlar edib...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru