"İsgəndər Həmidov koma vəziyyətindədir" - AÇIQLAMA

16-02-2020, 17:38           
"İsgəndər Həmidov koma vəziyyətindədir" - AÇIQLAMA
“İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri həkim Adil Qeybulla İsgəndər Həmidovun sağlıq durumu barədə dnışarkən bildirib. O, daha sonra bunları əlavə edib:
“Dünən “City Hospital”ın və qardaş Türkiyəmizdən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beynin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq, xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru