Polislərin yumoristik “Yallı rəqsi” videosunu hazırlayan dizayner “Bandotdelə” aparılıbmış

18-02-2020, 21:01           
Polislərin yumoristik “Yallı rəqsi” videosunu hazırlayan dizayner “Bandotdelə” aparılıbmış
Fevralın 16-da MSK qarşısında keçirilən razılaşdırılmamış aksiyanın qarşısını almaq üçün oraya gətirilmiş polislərin görüntülərini montaj edən qrafik-dizayner Rəsul Həsən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıbmış.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Meydan TV"ə onun atası Elşən Həsən danışıb: “Oğluma işgəncə verməyiblər. Amma bu hadisə insan oğurluğu kimi qiymətləndirilməlidir. Mənim ailəmə artıq üçüncü təzyiq hadisəsidir. İndiyə qədər bu barədə danışmamışdım. Bundan sonra hər şeyi cəmiyyətə açıqlayacam”.
Rəsul Həsənin sosial şəbəkələrdə olan qeydləri də pozulub.
Qeyd edək ki, bu gün R. Həsənin yoxa çıxması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı. Yeniavaz.com bununla bağlı Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, hər iki qurum da məsələdən xəbərsiz olduqlarını bildirmişdilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.