Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

19-02-2020, 10:44           
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL
Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “MİDA”ya qarşı iddia qaldırıb. Ərizədə “MİDA”nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilib.

Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi “MİDA”ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.

Əcnəbi şirkətə izah edilib ki, qeyd edilən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru