Sabiq prezident rüşvət aldığına görə 17 il həbsxanaya məhkum edildi

20-02-2020, 08:42           
Sabiq prezident rüşvət aldığına görə 17 il həbsxanaya məhkum edildi
Seul Apelyasiya Məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Li Myon Bakı korrupsiyaya görə 17 il həbs cəzasına məhkum edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı siyasətçi rüşvət almaq və vəsaitin mənimsənilməsində günahlandırılıb.

Daha əvvəl bu cinayətə görə, o, on beş illik cəza almışdı, ancaq sağlamlığı pis olduğuna görə girov müqabilində azad edilmişdi.

Qeyd edək ki, Li 2008-ci ildən 2013-cü ilə qədər Cənubi Koreyaya rəhbərlik edib və cinayətdə ittiham olunan üçüncü prezident kimi tarixə düşüb. Məhkəmə müəyyən edib ki, prezident olaraq siyasətçi, həqiqətən də, avtomobillər üçün hissələr istehsal edən bir şirkətə sahibdir və statusundan biznesini inkişaf etdirmək üçün istifadə edib.

Xatırladaq ki, Li Myon Bak 2018-ci ilin oktyabrında vergidən yayınma, dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə hökm oxunmuşdu. Müstəntiqlərin dediyinə görə, ümumilikdə, o, Milli Kəşfiyyat Xidmətinin gizli əməliyyatlarını maliyyələşdirmək üçün gizli fondlarından 11 milyard von (9.3 milyon dollar) mənimsəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru