Bakıda əlil arabası oğurlamaq istəyən şəxs ağır xəsarət alıb

21-02-2020, 07:51           
Bakıda əlil arabası oğurlamaq istəyən şəxs ağır xəsarət alıb
Bakının Suraxanı rayonunda oğurluq etmək istəyən şəxs ağır xəsarət alıb.

Hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

Samir Cəfərov küçəsində 1995-ci il təvəllüdlü Mürsəlzadə Elşən Bayram oğlu fərdi yaşayış evinin hasarından keçərkən onun ayağı sınıb. Ev sahibi həmin şəxsi saxlayıb. Məlum olub ki, xəsarət alan şəxs fərdi yaşayış evindən əlil arabasını oğurlamaq istəyirmiş.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları gəlib. Yaralı polis nəzarəti altında 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru