Fransada yerli vətəndaş koronavirusdan ölüb. Teref.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon məlumat verib. Ölüm faktı Parisdə qeydə alınıb. Eyni zamanda, Fransada son 12 saat ərzində koronavirusa üç yoluxma hadisəsi olduğu bildirilib. Hazırda ölkə ərazisində 16 nəfərin bu virusa yoluxduğu məlumdur.