Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

27-02-2020, 16:26           
Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir
Səhiyyə Nazirliyi ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayını açıqlayıb.

Teref.az xəbər verir ki, nazirlikdən “Report”a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

Hazırda 186 nəfərin müalicəsi davam edir.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dən çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru