19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi - Belçikada

28-02-2020, 10:05           
19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi - Belçikada
Belçikanın Qərbi Flandriya əyalətində, Roselare şəhərində 19 yaşlı azərbaycanlı küçədə güllələnib.

Teref.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə fevralın 26-da yerli De Standaard nəşrinə Kortreyk Prokurorluğundan məlumat veriblər.

Məlumata görə, fevralın 25-də saat 21 radələrində şəhərdə silahlı qarşıdurma baş verib, nəticədə 19 yaşlı azərbaycanlı güllə yarası alıb. Hadisə yerinə gələn xilasedicilər ona kömək edə bilməyiblər.

Polis qətli törətməkdə şübhəli bilinən 20 yaşlı şəxsi saxlayıb və fevralın 27-də dindirməyə başlayıb. Prokurorluq məhkəmədən həmin şəxsin həbs olunmasını istəyib. Hadisə yerində müstəntiqlər, habelə tibbi müayinə və odlu silahlar üzrə mütəxəssis çalışır. Öldürülən şəxsin meyitinin yarılacağı bildirilir.

Belçika nəşrinin yazdığına görə, gəncin ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Prokurorluq istintaq aparıldığını əsas gətirərək azərbaycanlının qətlinin təfərrüatlarını açıqlamır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru