Azərbaycanda bu küçə öz-özünə işıqlanır - Video

29-02-2020, 00:03           
Azərbaycanda bu küçə öz-özünə işıqlanır - Video
Qubanın Rustov kəndinin mərkəzi küçəsi öz-özünə işıqlanır.

"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, bu küçənin işıqlandırılmasında alternativ günəş enerjisindən istifadə olunur.

Bunun üçün ərazidə dörd ədəd günəş paneli quraşdırılıb. Bu panellər vasitəsi ilə kəndin mərkəzi küçəsi fasiləsiz olaraq işıqlandırılır.

Alternativ enerjinin üstünlüklərindən biri də elektriyə gərək olmadan, heç bir xərc tələb etmədən və işçi qüvvəsiz küçənin işıqlandırılmasıdır.

İşıqlandırılma sistemi avtomotik olaraq işə düşür. Yəni gecə yanır, səhər isə özü sönür. Bu layihə Azərbaycan höküməti ilə ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilib.

Layihə həyata keçirilməmişdən əvvəl ərazinin relyefi və günəşin düşmə bucağı hesablanıb. Artıq dörd ildir ki, fasiləsiz olaraq istifadədə olan bu sistem 1600 sakini olan kəndə xidmət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru