ABŞ-da koronavirusdan ilk ölüm qeydə alındı

1-03-2020, 00:01           
ABŞ-da koronavirusdan ilk ölüm qeydə alındı
ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Teref.az xəbər verir ki, bu barədə "Associated Press" ştatın rəsmisinə istinadən məlumat yayıb.

Cümə günü ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır. "ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər", - Pens deyib. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru