Sputnik Türkiyə-nin rəhbərliyi azad edildi

2-03-2020, 00:00           
Sputnik Türkiyə-nin rəhbərliyi azad edildi
Azad edilmə Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun telefon danışığından sonra baş verib.

Saxlanılmış Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe azad ediliblər.

RİA Novosti-nin məlumatına görə, azad edilmə Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun telefon danışığından sonra baş verib.

Dünən axşam saatlarında Sputnik Türkiyə-nin əməkdaşlarının yaşadıqları mənzilə bir qrup naməlum şəxs hücum etməyə cəhd edib. Naməlum şəxslər əməkdaşların ünvanına hədə-qorxular səsləndirərək onlardan peşə fəaliyyətlərinə son qoymağı tələb ediblər.

Daha sonra

Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.

İnsidentin və saxlanılmanın səbəbi kimi Tükiyə mediası agentliyin saytında çıxan tarixi mövzudakı məqaləni göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru