Haiti paytaxtında silahlı insident zamanı azı 8 nəfər ölüb

2-03-2020, 07:41           
Haiti paytaxtında silahlı insident zamanı azı 8 nəfər ölüb
Haitinin paytaxtı Port-o-Prensdə naməlum şəxslərin çox sayda insanın olduğu mağazaları atəşə tutmasından sonra azı 8 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə “HaitiLibre” xəbər portalı məlumat yayıb.

Məlumata görə, atışmadan sonra başlayan çaxnaşma nəticəsində bir neçə nəfər xəsarət alıb, onların dəqiq sayı bildirilmir. Ağır yaralanan iki nəfər hazırda həkimlərin nəzarətindədir. Polis hazırda hadisəni araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru