Çində koronavirus qurbanlarının sayı 2,9 min nəfəri ötdü

2-03-2020, 04:55           
Çində koronavirus qurbanlarının sayı 2,9 min nəfəri ötdü
Çində koronavirus qurbanlarının sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, koronavirusdan ölənlərin sayı 2 912 nəfərə çatıb. Son gün ərzində 42 nəfər virusdan ölüb.

Məlumata görə, ölkədə 44 mindən çox insan sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru