“Sədərək” ticarət mərkəzi su altında qaldı — VİDEO

2-03-2020, 16:12           
“Sədərək” ticarət mərkəzi su altında qaldı — VİDEO
Bakıda “Sədərək” ticarət mərkəzini su basıb.

Teref.az xəbər verir ki, dünən axşam saatlarından başlayan yağış Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində ciddi problem yaradıb, su mağazalara dolub.

Nəticədə, mərkəzin içərisinə güclü su axınları başlayıb, satıcıların əmlaklarına xeyli ziyan dəyib.

Ticarət mərkəzinin içərisindəki kanalizasiya xətlərinin də işləməməsi xırda gölməçələrin yaranmasına gətirib çıxarıb. Bu isə satıcılarla yanaşı, mərkəzə alış-verişə gələn insanlara da mane olub. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru