DƏHŞƏT: Qadın çörək qırıntıları ilə 3 yaşlı qızını boğub öldürdü

3-03-2020, 11:18           
DƏHŞƏT: Qadın çörək qırıntıları ilə 3 yaşlı qızını boğub öldürdü
Rusiyanın Omsk şəhər sakini çörək qırıntıları ilə azyaşlı qızını öldürdüyünə görə 11 il həbs cəzasına məhkum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Prokurorluq 28 yaşlı qadına 13 il həbs cəzası istəyib.

Qadın üç yaşlı qızını öldürdüyünü boynuna almayıb və deyib ki, uşağı onun sevgilisi öldürüb.

İstintaqa görə, iki uşağın anası sərxoş olarkən bulka yeyən qızının üstünə qışqırıb və zorla onun ağzına çörək qırıntıları soxub. Nəticədə uşaq boğulub və ölüb.

Qızın cəsədi evdən çıxarılıb və sevgilisi tərəfindən torpağa basdırılıb.

Uşağın cəsədi hələ tapılmayıb, çünki qadının sevgilisi həmin insidentdən az sonra spirtdən zəhərlənərək vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru