"Twitter" işçilərinin ofisə gəlməsini qadağan etdi

4-03-2020, 01:29           
"Twitter" işçilərinin ofisə gəlməsini qadağan etdi
"Twitter" mikrobloqlar xidməti koronavirus epidemiyası səbəbindən işçilərinin ofisə gəlməsini qadağan edərək onları evdən işləmək rejiminə keçirib. Bu barədə şirkətin açıqlamasında bildirilir.

Teref.az xəbər verir ki, Honkonq, Yaponiya və Cənubi Koreyadan olan işçilər verilmiş tapşırıqları evdən yerinə yetirəcəklər, indi "Twitter" rəhbərliyi bu vəziyyətdən çıxış üçün bir sistem qurmağa çalışır. Digər ölkələrdə çalışan işçilərin ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmaq vacib deyilsə, evdən işləmək daha məqsədəuyğundur.

Ofisdə olması vacib olan əməkdaşların təhlükəsizliyi üçün bütün otaqlarda təmizlik və dezinfeksiya işləri aparılır.

Şirkətin bu siyasəti dərhal qüvvəyə minir və "COVID-19" epidemiyasına qarşı əlçatan və təsirli peyvənd çıxarılanadək qüvvədə olacaq. /"ICTnews"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru