ABŞ-da tornado nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

4-03-2020, 06:03           
ABŞ-da tornado nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
ABŞ-ın Tennessi ştatında baş verən qasırğa nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “NBC” televiziyası dövlət orqanlarına istinadən məlumat yayıb.

Bundan “CNN” 22 nəfərin ölməsi barədə məlumat vermişdi.
ABŞ-ın Okeanlar və Atmosfer üzrə Milli Agentliyinin məlumatına əsasən, bu təbii fəlakət ölənlərin sayına görə, Tennessi ştatının tarixində ikinci ən böyük qasırğa olub. 22 mart 1952-ci ildə baş verən qasırğa bu ştatda 38 nəfərin, 5 fevral 2008-ci ildə isə 22 nəfərin ölümünə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru