Bakının mərkəzində ağlasığmaz görüntülər: Gənclər həyatlarını belə təhlükəyə atdılar - ANBAAN VİDEO

4-03-2020, 09:18           
Bakının mərkəzində ağlasığmaz görüntülər:
Bakıda üç gənc avtomobil yolunda hərəkət edərək, digər sürücülərə təhlükəli anlar yaşadıb.

KONKRET.az xəbər verir ki, ssenari əsasında qurulmuş aksion səhnəsini xatırladan bu görüntülər paytaxtın Tbilisi prospektində qeydə alınıb.

Ayaqlarında rolik olan iki gənc motosikletdən yapışaraq, sürətlə avtomobillərin arasından keçərək, nəqliyyat vasitələrinə təhlüləki anlar yaşadıb.

Bu azmış kimi, ekstrimi sevən gənclər hətta ötmə, həmçinin, sağa-sola dönmə, manevr etmə hərəkətlərini yerinə yetiriblər.

Bu hərəkətləri ilə öz həyatları ilə yanaşı, digərlərinin də həyatını təhlükəyə atan bu şəxsləri müvafiq cəza gözləyir.

Hazırda Bakı Şəhər Yol Polisi İdarəsi faktla bağlı müfaviq araşdırma aparır.

Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbir görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru