Zaqatalada azyaşlıya təcavüz edən manyak tutuldu - Şok

4-03-2020, 10:53           
Zaqatalada azyaşlıya təcavüz edən manyak tutuldu - Şok
Zaqatala rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Əli Rəcəbov həbs edilib.

Teleqraf.com xəbər verir ki, Əli Rəcəbov Balakən rayonu ərazisində azyaşlı qıza təcavüz edib.

Azyaşlının ailə üzvlərinin şikayəti əsasında o, həbs edilib.

Məlum olub ki, Əli Rəcəbov azyaşlıya zorakılıq göstərib və daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Əli Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Zaqatala rayon Məhkəməsinin qərarı ilə Əli Rəcəbovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.