Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri keçib

5-03-2020, 08:21           
Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri keçib
Çində koronavirus qurbanlarının sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 012 nəfərə çatıb. Virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb.

Çərşənbə günü ölkədə 80,2 min nəfərin koronavirusa yoluxduğu, 2 981 nəfərin virusdan öldüyü, 49,8 min nəfərin sağaldığı xəbər verilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru