Səhiyyə nazirinə yeni müavin təyin olundu

5-03-2020, 17:16           
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Səhiyyə Nazirliyində yeni təyinat olub.

Teref.az AzərTac-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru