Sərhəddə atışma: Ordumuz 3 erməni əsgərini güllələdi... - DSX

31-03-2020, 02:53           
Sərhəddə atışma: Ordumuz 3 erməni əsgərini güllələdi... - DSX
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitə­ləri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.

***

Ermənistan Müdafiə Nazirliyinin olayla bağlı rəsmi açıqlamasında insident zamanı iki erməni hərbçinin yaralandığı rəsmən elan edilib.

***

Ermənistan Müdafiə Nazirliyi daha bir açıqlama yayaraq, 3 əsgərin yaralandığını, onlardan birinin isə ağır vəziyyətdə olduğunu bildirib. Ermənistan MN-nin rəsmi açıqlamasında əsgərlərdən birinin gözündən güllələndiyi qeyd edilib.

Hər üç yaralının İrəvanda hospitala yerləşdiriləcəyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru