ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

31-03-2020, 08:16           
ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb
ABŞ-da koronavirusun səbəb olduğu xəstəlikdən ölümlərin sayı ilk dəfə gün ərzində 500-ü ötüb.

"Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan CNN teleşirkəti bildirib.

Teleşirkətin hesablamalarına görə, ABŞ-da təkcə bazar ertəsi koronavirusdan 502 ölüm qeydə alınıb. Bu ölkə üzrə bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir. CNN bildirib ki, ABŞ-da ölüm hallarının ümumi sayı 2 931 nəfərə qədər artıb.

Ölkədə həmçinin federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa 160 mindən çox yoluxma aşkarlanıb, 2 978 insan ölüb. Ölkədə 5 644 xəstə sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru