Nyu-Yorkda 900 məhbus koronavirus təhlükəsi ilə əlaqədar azad edilib

1-04-2020, 03:37           
Nyu-Yorkda 900 məhbus koronavirus təhlükəsi ilə əlaqədar azad edilib
Nyu-York hakimiyyəti yeni növ koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 900 məhbusu azadlığa buraxıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio mətbuat konfransında bildirib.

“Dünən axşam saatlarında 900 məhkum cəzaçəkmə müəssisələrindən azad edildi”, - deyən Blazio rəqəmin hələ son olmadığını da vurğulayıb. Onun sözlərinə görə, kampaniya bundan sonra davam edəcək.

Blazio bunun xroniki və digər xəstəliklərdən əziyyət çəkən məhbusların yoluxmasının qarşısını almaq üçün edildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru