Cənubi Koreyada COVİD-19 virusuna 101 yeni yoluxma halı qeydə alınıb

1-04-2020, 07:44           
Cənubi Koreyada COVİD-19 virusuna 101 yeni yoluxma halı qeydə alınıb
Cənubi Koreyada son sutka ərzində COVİD-19 virusuna 101 nəfər yoluxub, 3 nəfər dünyasını dəyişib, 159 nəfər isə sağalıb.

Trend-in məlumatına görə, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və qarşısının alınması mərkəzlərindən (KCDC) xəbər verilib.

Beləliklə, ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 9 887, ölənlərin sayı 165, sağalananların sayı isə 5 567 nəfər təşkil edib. Bu gündən başlayaraq ölkəyə yeni gələnlərin hamısı iki həftəlik karantinə yerləşdirilir, təcrid vəziyyətində olanlar isə hakimiyyət orqanlarının real vaxt rejimində onlara nəzarət etməyə imkan verən mobil tətbiqi mobil telefonlarına yükləməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru