İcra başçısının müavini vəzifəsindən azad edildi

3-04-2020, 09:13           
İcra başçısının müavini vəzifəsindən azad edildi
Gəncənin icra başçısının müavini vəzifəsindən azad edilib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalov işdən çıxarılıb.

Onun öz ərizəsi ilə vəzifədən getdiyi bildirilir.

Qeyd edək ki, M.Zeynalov 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 2013-ci ildən 2015-ci ilədək Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini, 2015-ci ilin mart ayından isə icra başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsində çalışıb. Onun yerinə təyinat olmayıb.Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru