Oğlan sevgilisini koronavirusdan şübhələnərək öldürdü - gənclərin testləri mənfi olub

3-04-2020, 17:12           
Oğlan sevgilisini koronavirusdan şübhələnərək öldürdü -
İtaliyanın Messina şəhərində yaşayan Antonio de Paçe adlı oğlan koronavirusa yoluxduğuna inanaraq sevgilisini boğub. Sonra isə intihara cəhd edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “New York Post” nəşri yayıb.



28 yaşlı de Paçe özü polisə zəng edərək Lorena Quarantanın qətlini etiraf edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanın intihar etməsinin qarşısını alıblar. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün heç bir təhlükə yoxdur. Ancaq qızı xilas ola bilməyiblər.

Oğlan hüquq-mühafizə orqanlarının əməkdaşlarına sevgilisinin onu koronavirusa yoluxdurduğuna görə öldürdüyünü söyləyib.



Sonradan gənclərin testlərinin mənfi olduğu məlum olub.

27 yaşlı Lorena Messina Universitetinin tibb Fakültəsində oxuyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru