Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırdı 4-04-2020, 00:00 Aprelin 4-dən etibarən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır.Bu barədə TASS məlumat yayıb.Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi bütün beynəlxalq sərnişin uçuşları üçün icazələri ləğv edib.Beləliklə, aprelin 4-ü saat 00:00-dan etibarən bütün beynəlxalq sərnişin uçuşları dayandırılacaq. (apa) Facebook-da paylaş