Karantin rejiminə etiraz edənlər polisə hücum etdilər

18-04-2020, 09:19           
Karantin rejiminə etiraz edənlər polisə hücum etdilər
Hindistanın Rajastan Tonk şəhərində sərt karantin rejiminə etraz edən kütlə polislərə hücum edərək onlara xəsarət yetiriblər.

Teref.az xəbər verir ki, hadisə şəhərin “Kasaai mohalla” adlanan ərazisində olub.

Hücum edənlərdən saxlanılanların olduğu bildirilir. Onlar polis idarəsinə gətirilərək istintaqa cəlb ediliblər.

Xatırladaq ki, oxşar hadisə aprelin 15-də Uttar Pradeş əyalətinin Moradabad şəhərində baş verib. Bu zaman hədəf xəstənin çağırışana gələn həkimlər briqadası olub. Yerli sakinlər həkimlərlə yanaşı polisləri də daşlamağa başlayıb.

Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 13 mindən çox koronavirusa yoluxan var. Ölüm sayı isə 400-dən çoxdur.

Karantin rejiminin müddəti mayın 3-dək uzadılıb.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru