Azərbaycan-Gürcüstan sərhədi bu tarixədək bağlı olacaq

18-04-2020, 20:25           
Azərbaycan-Gürcüstan sərhədi bu tarixədək bağlı olacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Unikal.org xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru