Koronavirusun yeni əlamətləri aşkarlandı

19-04-2020, 11:03           
Koronavirusun yeni əlamətləri aşkarlandı
Çində koronavirusa yoluxmuş bəzi insanlarda nevroloji əlamətlər müşahidə olunub.

Teref.az Deyerler.org-a istinadən bildirir ki, bu barədə "JAMA Neurology"da dərc edilmiş tədqiqatda Çin alimləri bildirib.

Mütəxəssislər koronavirusun yayılmasının episentri olmuş Uhan şəhərinin 214 xəstə sakini haqqında məlumatları araşdırıblar. Məlum olub ki, virusa yoluxmuş bütün xəstələrin 36 faizində (ağır xəstələrin isə 46 faizində) aydın olmayan nitq, həmçinin beyində qan dövranının pozulması, şüur pozğunluğu və əzələ zəifliyi aşkarlanıb.

Bu halda xəstələr daha əvvəl koronavirusun öskürək, baş ağrısı və yüksək temperatur kimi məlum simptomlarını hiss etməyə davam edirdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.