Avtobus aşaraq 30 metr hündürlükdən yuvarlandı; 6 ölü, 12 yaralı - FOTO

19-04-2020, 12:03           
Avtobus aşaraq 30 metr hündürlükdən yuvarlandı;
Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini araşdırır
Çinin Çzyansi əyalətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 19-da yerli saatla 9:00 radələrində Leping şəhərində qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, içərisində 19 nəfərin olduğu sərnişin avtobusu, naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq aşıb və sürüklənərək təxminən 30 metr yüksəklikdən uçuruma yuvarlanıb.

Nəticədə 6 nəfər ölüb, daha 12-si isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb olunan ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, sürücü artıq polis tərəfindən həbs edib.

Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.