Atışma oldu - Ölən və xəsarət alanlar var

19-04-2020, 12:08           
Atışma oldu -
ABŞ-ın Texas ştatında atışma olub.

Teref.az xəbər verir ki, hadisə San-Markos şəhərində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.

Şəhər polisi özünün “Facebook” səhifəsində yerli sakinlərə evlərini tərk etməməyə çağırıb.
Bildirilir ki, polis məişət zorakılığı ilə bağlı zəngdən sonra şikyətin edildiyi ünvana gedib. Nəticədə asayiş keşikçiləri pusquya düşüblər. Belə ki, cinayətkar tüfənglə onlara atəş açıb.
Hadisə zamanı yaralanmış polis əməkdaşları xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat ediliblər. Onlardan birinin vəziyyəti ağırdır.
Polisin məlumatına görə, hadisəni törədən şəxs özünü öldürüb.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru