Masallıda uşaq qəbiristanlıqda faciəli şəkildə öldü

23-04-2020, 10:58           
Masallıda uşaq qəbiristanlıqda faciəli şəkildə öldü
2011-ci il təvəllüdlü Səmədov Əhəd Rizvan oğlu yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən qəbir daşı aşaraq onun üzərinə düşüb. Ə.Səmədov hadisə yerində ölüb

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Teref.az Report-a istinadla xəbər verir ki, hadisə aprelin 22-si saat 17:30 radələrində rayonun Şıxlar kəndində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Səmədov Əhəd Rizvan oğlu yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən qəbir daşı aşaraq onun üzərinə düşüb. Ə.Səmədov hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru