Bakıda avtobusla qatarın toqquşması zamanı yaralanan gənc öldü - FOTO

24-04-2020, 00:00           
Bakıda avtobusla qatarın toqquşması zamanı yaralanan gənc öldü - FOTO
Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanov bu gün vəfat edib. 24 yaşlı Novruz Salmanov 6 aydan çoxdur ki, komada idi. Onun anası Sevil Salmanova iddia edir ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər. Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.

Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva isə yeni bir əməliyyatın pulunu ödəməkdən imtina edib.

İradə Əliyeva bildirib ki, Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru