Deputat Ramiz Mehdiyevin AMEA-dan getməsini təklif etdi: - “Gənc kadr gətirilməlidir”

24-04-2020, 20:50           
Deputat Ramiz Mehdiyevin AMEA-dan getməsini təklif etdi: -
"Ali Attestasiya Komissiyası SSRİ dövründən qalma bir qurumdur".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Ali Attestasiya Komissiyası ləğv edilməlidir.

Q.Həsənquliyev həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müasir, özəl universitetə çevrilməsi təklifini də səsləndirib.

“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir, başına da gənc bir kadr gətirilməlidir”, - deputat əlavə edib. (Modern.az)

Qeyd edək ki, AMEA-nın hazırkı rəhbəri akademik Ramiz Mehdiyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru