Əli bəy Hüseynzadənin qızı dünyasını dəyişdi

25-04-2020, 01:25           
Əli bəy Hüseynzadənin qızı dünyasını dəyişdi
Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib.

Qeyd edək ki, Feyzavər Alpsar 31 dekabr 1919-cü ildə anadan olub.

2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.

2018-ci il il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım "Dostluq" ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən il isə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Feyzavər Alpsar Turanı İstanbuldakı evində ziyarət edib. Komitə sədr Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Feyzavər Alpsara təqdim etmişdi.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru