"Neft amilindən asılı olan ölkələr əziyyət çəkəcəklər" - ekspert

25-04-2020, 12:31           
"Neft amilindən asılı olan ölkələr əziyyət çəkəcəklər" - ekspert
"Neft amilindən asılı olan ölkələr əziyyət çəkəcəklər"
Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, hazırda dünya neft bazarında təlatümlər yaşanır:

“Buna neft sahəsində bazar fiaskosu deyə bilərik. Vəziyyətin düzgün qiymətləndirilməməsi, OPEC+ danışıqları və koronavirus pandemiyası buna gətirib çıxarıb. Qiymətlər təbii yolla tənzimlənməyincə, bu xaotik vəziyyət davam edəcək. Hazırkı proses neft idxal edən ölkələr üçün əlverişlidir. İqtisadiyyatları neft amilindən asılı ölkələr bu vəziyyətdən əziyyət çəkəcəklər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru