"Vaqif Aydınoğlu müavin olacaq" - Açıqlama

26-04-2020, 00:03           
"Vaqif Aydınoğlu müavin olacaq" - Açıqlama
ATV-dəki işindən uzaqlaşan tanınmış telejurnalist Vaqif Aydınoğlunun yeni işi haqda daha bir məlumat yayılıb.

Belə ki, Demokrat.az saytı Vaqif Aydınoğlunun "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri təyin olunduğunu yazıb. Bildirilib ki, o, aprelin 27-dən etibarən "Azərişıq” ASC-də yeni vəzifəsinin icrasına başlayacaq.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Axar.az-a açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, V.Aydınoğlu Azərişıq ASC Mətbuat Xidməti rəhbərinin mavini vəzifəsini daşıyacaq.

Qeyd edək ki, bundan öncə ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən ayrıldığı haqda məlumat yayılıb. V.Aydınoğlu özü sosial şəbəkə hesabında 18 il çalışdığı və müxbirlikdən departament rəhbərliyinə qədər qalxdığı iş yerindən öz ərizəsi ilə ayrıldığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.