Azərbaycanda dəhşətli qəza: Sürücü yanaraq öldü - Fotolar

26-04-2020, 11:01           
Azərbaycanda dəhşətli qəza:
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “90 ED 530” dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib.

Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /Report















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru